Menu

İsveçrə diplomatı Türkiyə XİN-ə çağırılıb

25.03.2017, 23:17

Turkey_flag_160709İsveçrənin Ankaradakı səfirinin müavini Türkiyə XİN-ə çağırılıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, diplomatın çağırılmasına səbəb PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi olub.

Məlumata görə, PKK-nın aksiyasında Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.

İsveçrənin səfiri Valter Xafner Ankarada olmadığından etiraz onun müavininə bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol