Menu

Rusiya Filippinə silah satışına başlaya bilər

26.03.2017, 12:01
Rusiya Filippinə silah satışına başlaya bilər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Filippin açıq şəkildə Rusiya silahları ilə maraqlanır və «Rosoboroqeksport» bu ölkə üçün müvafiq təkliflər hazırlayıb. Xəbəri «RNS» yayıb.

«Elə ölkələr var ki, heç vaxt Rusiya ilə əməkdaşlıq etməyib, indi isə az qala qapını döyüb, sındırırlar. Məsələn, Filippin» - deyə, «Rostex» dövlət korporasiyasının beynəlxalq və regional əməkdaşlıq üzrə direktoru Viktor Kladov bildirib.

Onun sözlərinə görə, əvvəllər Filippinin Rusiya ilə əməkdaşlığına Amerikalı həmkarları imkan vermirdi.

«Amma dəfələrlə bu ölkə bizim aviasiya texnikamıza, hərbi-dəniz və atıcı silahlarımıza maraq göstərib. Onlar hər dəfə də belə deyiblər: Bəli, bu, bizi maraqlanırır, amma «Sem dayı» icazə vermir». İndi isə vəziyyət dəyişib, onlar bizim texnikaya açıq maraq göstərməkdən çəkinmirlər və uyğun olaraq, biz də təkliflər edirik» - deyə, Kladov əlavə edib.

Kladov onu da qeyd edib ki, iki ölkənin potensial əməkdaşlığı hər-hansı digər dövlətə qarşı yönəlməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol