Menu

"Əfqanıstanda əl-Qaidə lideri məhv edilib"- Pentaqon

26.03.2017, 13:53
"Əfqanıstanda əl-Qaidə lideri məhv edilib"- Pentaqon

ABŞ HHQ Əfqanıstanın Paktika əyalətinə endirdiyi hava zərbəsi nəticəsində 2 ABŞ hərbçisinin ölümünə səbəb olan əl-Qaidə lideri Kari Yasin məhv edilib.

Trend-in "Kuzpress"ə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis deyib.

"Kari Yasinin ölümü göstərir ki, İslamı ləkələmək istəyən və günahsız insanları qurban kimi seçən terrorçular ədalətdən qaça bilməyəcəklər", - C. Mettis deyib.

Məlumatda qeyd olunur ki, K. Yasin həmçinin onlarla insanın ölümünə səbəb olan 2008-ci ildə İslamabadda otelin partladılmasındada iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol