Türkiyənin təhlükəsizlik qüvvələri cənub-şərq əyaləti Hakkaridə hərbi obyektlərə hücumlar planlaşdıran 19 PKK terrorçusunu zərərsizləşdiriblər.
Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirir ki, əməliyyatı dünən havadan verilən dəstək ilə Yüksekova rayonunda təhlükəsizlik qüvvələri tərəfindən keçirilib. Terrorçuların 2 zenit-raket kompleksi ələ keçirilib.
Bundan əlavə, Türkiyə HHQ-i İraqın şimalında Metina, Zap, Avaşin-Basyan, Qandil və Hakurk rayonlarına hava zərbələri endiriblər. Hava zərbələri nəticəsində terrorçuların 16 obyekti məhv edilib və 8 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

Şərhlər