İran ABŞ-ın 15 şirkətinə qarşı sanksiya tətbiq edib. APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İran həmin ABŞ şirkətlərini terrorizmə dəstək verməkdə ittiham edib.
İran Xarici İşlər Nazirliyi Vaşinqtonun İrana qarşı yeni sanksiyalarına cavab olaraq ABŞ-ın terrorizmi dəstəkləyən 15 şirkətinə qarşı sanksiya tətbiq edildiyini bəyan edib.


Şərhlər