Menu

Azərbaycanla Türkiyə arasında hərbi plan imzalandı

28.05.2014, 18:15
Azərbaycanla Türkiyə arasında hərbi plan imzalandı

Mayın 28-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi Planı" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014/2015-ci təlim-təhsil ili üçün Kurslar Planı" imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sənədləri Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Türkiyə tərəfdən isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler imzalayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol