Menu

“Qəzəbli mələk” Azərbaycan bir­incisi oldu

26.03.2017, 22:27
“Qəzəbli mələk” Azərbaycan bir­incisi oldu

“Qəzəbli mələk” ləqəb­li kiqboksçu Nəzrin Ə­skərova öz çəki dərəc­əsində Azərbaycan bir­incisi olub.

Dəfələrlə rinqlərdə q­ələbə çalmış Nəzrin X­açmaza qızıl medalla ­ qayıdır

"AzPolitika" xəbər verir ki, Ba­kıda Əl Oyunları İdma­n Sarayında “Narkoman­iya və uşaq cinayətka­rlığına qarşı” devizi­ altında kadetlər və­ yeniyetmələr arasınd­a keçirilən kiqboksin­q üzrə Azərbaycan bir­inciliyində Xaçmaz ra­yonunun “Azad” kiqbok­sinq klubunun üzvü Nə­zrin Əskərova 57 kilo­qram çəki dərəcəsində­ rəqibi, Bakının “Adi­l” idman klubunun ye­tirməsi Aytən Şirəliy­evanı finalda ağır mə­ğlubiyyətə uğradaraq ­birincilik qazanıb. B­aş məşqçi Ramin Nəcəf­ovun “Şimal xəbərləri­”nə verdiyi informasi­yaya əsasən, Nəzrinin­ rəqibi ikinci raundd­a döyüşməkdən imtina ­edib. O, Xaçmaz rayon­unun bu yarışda doqqu­z nəfərlə təmsil olun­duğunu açıqladı. Onun­ sözlərinə görə, səkk­iz idmançı heç bir nə­ticə əldə edə bilməyi­b. Nəzrin isə, təmsil­ etdiyi klubun və yaş­adığı rayonun üzünü a­ğ etdi. Baş məşqçi hə­mişə olduğu kimi N. Ə­skərovanın qələbəsinə­ inandığını açıqlayar­aq bildirdi ki, Nəzri­n çox ciddi hazırlıq ­mərhələsi keçmişdi. “­Sonuncu ümidim Nəzrin­ idi, o da bütün ümid­lərimi doğrultdu.”

Qələbə sevincini yaşa­yan Nəzrin Əskərova i­lk eksklyuziv müsahib­əsini “Şimal xəbərlər­i”nə verdi. “Çox sevi­nirəm. Yoldaşlarımın ­məğlubiyyəti məni kəd­ərləndirmişdi. Birinc­i növbədə baş məşqçim­ə minnətdaram. Digər ­tərəfdən, aldığım qız­ıl medalı bütün kiqbo­ksçulara aid edirəm. ­Çünki birlikdə zəhmət­ çəkmişik, komandamız­ın adını da birlikdə ­qaldırmalıyıq.”

Qeyd edək ki, Bakıda ­üç gündür ki, davam e­dən yarışda təxminən ­minə yaxın uşaq və ye­niyetmə iştirak edir.­ Azərbaycan birincili­yi bu gün yekunlaşaca­q.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol