Menu

Hollandiya millisinin baş məşqçisi istefaya göndərildi

27.03.2017, 09:09
Hollandiya millisinin baş məşqçisi istefaya göndərildi

Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib.

APA-nın xəbərinə görə, istefaya komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.

Son turda Bolqarıstana 0:2 hesabı ilə məğlub olan və 5 oyundan sonra cəmi 7 xal toplayan Hollandiya yığması hazırda “A” qrupunda 4-cü pillədə qərarlaşıb.

Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Fred Qrim icra edəcək.

Qeyd edək ki, 55 yaşlı D.Blind 2015-ci ilin iyulunda baş məşqçi vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol