Menu

Misirin yeni prezidentinin kimliyi bilindi

29.05.2014, 09:18
Misirin yeni prezidentinin kimliyi bilindi

Misirdə prezident seçkilərinin nəticələri açıqlanır. İlkin nəticələrə əsasən, ölkənin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi böyük fərqlə öndədir.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, artıq səkkiz milyon seçki bülleteni hesablanıb, əs-Sisi səslərin 93,4% qazanıb.

Üç gün ərzində keçirilən prezident seçkilərində iki namizəd iştirak edib: Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Hamdeyn Səbbahi.

Əvvəlcə seçkilər iki gün - bazar ertəsi və çərşənbə axşamı keçirilməli idi. Lakin Misir hökuməti seçici fəallığının artırılması məqsədi ilə səsverməni daha bir gün uzatmışdı. Rəsmi nəticələrin gələn həftə açıqlanacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol