Menu

Yardımlıda narkotik alverçisi tutuldu

27.03.2017, 20:06
Yardımlıda narkotik alverçisi tutuldu

Yardımlı rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik alverçisi saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Zevin kənd sakini, 1978-ci il təvəllüdlü Mirzəyev Əliğa Mədətxan oğlunun üzərinə baxış zamanı 100 qram heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Fakt üzrə cinayət işi başlanıb, saxlanılan şəxsin narkotik vasitəni haradan və kimdən alındığı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol