Menu

Mosulda hava zərbələri nəticəsində ölənlərdən 112-sinin meyiti aşkarlanıb

27.03.2017, 20:52
Mosulda hava zərbələri nəticəsində ölənlərdən 112-sinin meyiti aşkarlanıb

Martın 17-də İraqın Mosul şəhərində endirilən hava zərbələri nəticəsində ölənlərdən 112-sinin meyiti aşkarlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Əhməd Dubardani bildirib.

Bundan əvvəl bir neçə yaşayış evinin dağılması ilə nəticələnən aviazərbələr nəticəsində 200-dək dinc sakinin öldüyü bildirilirdi. Beynəlxalq koalisiyanın qərargahı hava zərbələri zamanı itkilərlə bağlı məlumatın araşdırıldığını bildirimişdi.

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol