Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdən Fins.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7220 səviyyəsində formalaşıb.
Xatırladaq ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7202olub.
Bu dəfə də hərraca Dövlət Neft Fondu 35 milyon dollar çıxarıb.
* * *
Bir neçə dəqiqədən sonra Bloomberg platforması üzərindən Mərkəzi Bankın nəzarəti altında valyuta hərracı başlayacaq. Fins.az-ın əldə etdiyi məlumata görə, bu dəfə də Neft Fondu hərraca 35 milyon dollar çıxaracaq.
Qeyd edək ki, bankların dollara olan tələbatı məhz bu hərrac vasitəsi ilə ödənilir. Hazırda bankların limitsiz şəkildə dollar satdığını və qara bazarda dollar bolluğunu nəzərə alsaq, dollara tələbinin yüksək olmayacağını söyləmək mümkündür.


Şərhlər