Menu

Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib

28.03.2017, 12:37
Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib

Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Elman Gəncəlizadə müvafiq sənədləri olmayan “İJ-70” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa İmişli rayonu Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng, Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu, Balakən rayon Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı isə müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol