AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Berlinin Bode muzeyindən «Böyük yarpaq» adlı qızıl pul oğurlanıb. Maraqlıdır ki, bu qeyri adi «sikkə»nin nominalı 1 milyon dollar, çəkisi isə 100 kiloqramdır.
«Sikkə»nin diametri 53 sm təşkil edir, səthində isə Britaniya kraliçası İkinci Yelizavetanın təsviri var. Mənbələrin məlumatına görə, «sikkə»nin yaradılmasına 3,7 milyon dollar vəsait xərclənib.
Polisin versiyasına görə, oğrular bir neçə nəfər olublar, həm də xeyli ustalıqla hərəkət edərək, diqqəti cəlb etməyiblər. Soyğunçular muzeyin daxilinə pəncərədən giriblər.


Şərhlər