Menu

Fələstinin başçısı Vaşinqtona səfər edəcək - Tramın dəvəti ilə

28.03.2017, 16:17
Fələstinin başçısı Vaşinqtona səfər edəcək - Tramın dəvəti ilə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fələstin milli administrasiyasının (FMA) sədri Mahmud Abbas Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvətinə razılıqla cavab verib və Vaşinqtona səfər edcək. Bu barədə o, Avropa İttifaqının baş diplomatı Federiko Moqerini ilə görüşündən sonra jurnalistlərə danışıb.

Vaşinqton görüşünün başlıca məqsədi Fələstin və İsrail arasında sülh müqaviləsinin hərtərəfli müzakirəsi olacaq. Mahmud Abbas sənədin imzalanmasına hazır olduğunu bildirib.

«Mən, cənab Trampa dedim ki, biz sülh razılaşmasına hazırıq və onunla görüşmək istəyirik - onun Vaşinqtona dəvətini qəbul etdik» - deyə, Fələstin lideri bəyan edib.

O, həm də qeyd edib ki, bu məsələ ətrafında avropalı həmkarlarla məsləhətləşmələr davam edir ki, «bütün Amerikalı və beynəlxalq səylər nəticə versin».

Martın 10-da Abbas və Tramp telefon danışığı aparıblar. Söhbətin gedişində ABŞ Prezidenti öz dəvətini səsləndirib və bəyan edib ki, Yaxın Şərq tənzimlənməsində «sövdə»nin vaxtı yetişib.

Abbasın Vaşinqtona səfəri yaxın vaxtlarda baş tutacaq, amma səfərin dəqiq vaxtı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol