Menu

«Brexit» işə salındı! 

29.03.2017, 13:35
«Brexit» işə salındı! 

AzPolitika.info xarici KİV-ə istiadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey «Brexit»-in işə salınmağa başlanması barədə Avropa İttifaqına (Aİ) ünvanlı məktub imzalayıb. Hökumətə istinadla, xəbəri «Frans Press» agentliyi yayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, martın 29-da Britaniyanın Baş naziri Lissabon müqaviləsinin 50-ci maddəsinin tələblərinin işə salınmağa başlandığını bəyan edəcək. Bu maddə Britaniyanın könüllü olaraq Aİ-dan çıxmaq hüququnu özündə ehtiva edir.

Bu gün Tereza Mey «Brexit» prosedurunun başlanması barədə məktubu Brüsselə göndərəcək.

Agentliyin məlumatına görə, hökumətin mətbuat xidməti Tereza Meyin sözügedən məktubu imzalayarkən çəkilmiş fotosunu dərc edib. Məktub bu gün Bakı vaxtı ilə saat 15:30-da Britaniyanın Aİ-da daimi nümayəndəsi Tim Barrou tərəfindən Avropa İttifanının başçısı Donald Tuska şəxsən təqdim olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol