Menu

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29.03.2017, 20:47
Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova açılmış cinayət işi üzrə məhkəmə başlayır. Bunu keçmiş nazirin vəkillərindən Toğrul Babayev bildirib.Vəkilin bildirdiyinə görə, keçmiş nazirin cinayət işinə aprelin 7-də Qaradağ rayon Məhkəməsində baxılacaq.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə az bir vaxt qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.Söhbət Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələrindən gedir. İttihamlar təsdiqlənərsə onu daha 3 ildən 7 ilə qədər həbs gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol