21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozan Can Kökcü "Bursaspor"a transfer olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ozan Can Kökcü bundan əvvəl "Feyenoord"da çıxış edirdi. Onunla "Fənərbağça"nın da maraqlandığı iddia edilirdi.
Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.


Şərhlər