Faiq Osmanlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Göyçay Rayonlararası Mühafizə bölməsinin rəisi vəzifəsindən azad olunaraq Ağdaş Rayon Mühafizə bölməsinin rəisi təyin olunub.
Bəzi informasiya saytları bunu F.Osmanlının vəzifəsinin aşağı salınması kimi təqdim ediblər.
F.Osmanlı Teleqraf.com-a açıqlamasında məlumatı təsdiqləyərək bildirdi ki, 7 ildir Göyçay Rayonlararası Mühafizə bölməsində çalışıb: "Tək mənim deyil, digər şəxslərin də yerləri dəyişdirilib. Yerdəyişmələr rəhbərliyin qərarı ilə olub. Göyçay mühafizə bölməsinə Ucar rayonu da daxil idi. Ağdaş Mühafizə bölməsi isə yalnız bu rayonu əhatə edir. Yəni Ağdaşa təyinat almağım bəzi saytlarda yazıldığı kimi vəzifəmin aşağı salınması kimi başa düşülməməlidir".


Şərhlər