Menu

Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

30.03.2017, 14:11
Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

Bakının Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq.Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bu gün axşam saatlarınadək Xəzər rayonu, Heydər Əliyev prospektinin “Binə” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.

Qeyd edək ki, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol