Menu

Şirkət FHN-i məhkəməyə verib

30.03.2017, 15:09
Şirkət FHN-i məhkəməyə verib

"Home Baku" MMC Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətini, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsini və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunu məhkəməyə verib.

"Report"un əldə etdiyi məlumata görə, şirkət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qanunsuz tikilinin sökülməsi barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qismində isə Cavanşir Əliyev göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol