«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyada məhkəmə ölkənin eks-prezidenti Pak Kın Xenin həbsinə order verib. Yerli KİV-ə istinadla, xəbəri «TASS» agentliyi yayıb.
Pak Kın Xe vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. İstintaqın versiyasına görə, rəfiqəsinin dövlət işlərinə qarışmasından və şirkətləri, o cümlədən, «Samsunq» şirkətini onun nəzarətində olan fondalara milyonlarla dollar vəsait köçürməyə məcbur etməsindən eks-prezidentin xəbəri olub.
Buradan görünür ki, Cənubi Koreyanın xüsusi xidmət orqanları bizimkilərdən məhsuldar və operativ fəaliyyət göstərirlər. Nədən ki, bir dəstə quldur illər ərzində Azərbaycan «Beynəlxalq Bank»ını talayıb, amma Baş nazirin bundan «xəbəri olmayıb».


Şərhlər