Menu

Xırdalanda silahlı insident - Bir nəfər başından güllələndi [FOTO]

31.03.2017, 10:27
Xırdalanda silahlı insident - Bir nəfər başından güllələndi [FOTO]

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlində "Makarov" tipli tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

8d732570-74bc-4151-80fd-99080c51b7f9 d7d6836a-9d07-4ddb-a69b-ea33525a9d99

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol