Menu

Tramp təsdiqlədi - "Vurun!"

31.03.2017, 10:54
Tramp təsdiqlədi - "Vurun!"

ABŞ Prezidenti Donald Tramp Pentaqonun Somaliyə hava hücumu ilə bağlı tələbini təsdiq edib.

Trend-in məlumatına görə, hava əməliyyatında məqsəd Somalidəki "əş-Şabab" terror təşkilatının mövqelərinə zərbə endirməkdir.

Pentaqonun mətbuat katibi Ceff Deyvis Somali və Afrika İttifaqının Somali missiyası qüvvələrinin "əş-Şabab"dan ərazi azad etdiyini deyib:

"ABŞ-ın hava hücumu həyata keçirməkdə məqsədi isə müttəfiqlərimizin təhlükəsizliyini təmin etməkdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol