Menu

Qubada soyqırım qurbanları anılıb - FOTO - VİDEO

31.03.2017, 17:32
Qubada soyqırım qurbanları anılıb - FOTO - VİDEO

Quba rayonunda soyqırım qurbanları anılıb."Report"un Şimal bürosunun məlumatına görə, minlərlə insan Quba şəhərinin mərkəzindən soyqırım məzarlığına yürüş edib. Səhər saatlarından başlayaraq  Quba Soyqırımı Memorial Kompleksinin önünə toplaşan insanlar məzarlığı ziyarət edib, dualar oxuyublar.

Burada ziyarətçilərə 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən dəhşətlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol