Menu

Türkiyə Suriyada yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırır

31.03.2017, 22:05

Turkey_flag_160709Suriyanın Azadlıq Ordusu və Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırırlar.

"Report" "MİG News"a istinadən xəbər verir ki, bu barədə Suriya Azadlıq Ordusunun səhra komandirlərindən olan Əhməd Usman bildirib.

O, qeyd edib ki, Türkiyə ordusu təxminən 1 ay sonra Suriya ərazisində yeni hərbi əməliyyata başlayacaq. Növbəti əməliyyat əvvəlki əməliyyat kimi İŞİD terror qruplaşmasına qarşı həyata keçiriləcək.

Usman həmçinin qeyd edib ki, Türkiyə yeni əməliyyatın başqa adla həyata keçirilməsini öyrənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol