Menu

Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb

31.03.2017, 22:49
Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb

Paytaxtın Səbail rayonunda mənzildən qadın meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açın və 1937-ci il təvəllüdlü Paqarellova Diana Alekseyevnanın cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 20:54-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol