Menu

Etirazçılar parlamentin binasına od vurub

01.04.2017, 10:24
Etirazçılar parlamentin binasına od vurub

Paraqvayın paytaxtı Asunsyonda etirazçılar ölkə parlamentinin binasına od vurub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Konqresdə baş verən iğtişaşlar zamanı biri deputat olmaqla, bir neçə nəfər yaralanıb.

Məlumata görə, Paraqvay parlamenti dövlət başçısı Orasio Kartesin daha bir müddətə prezident seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişikliklərini qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol