Menu

Satış məqsədi üçün kəsilən 150 kiloqram at əti aşkarlanıb - Kürdəmirdə

01.04.2017, 14:43
Satış məqsədi üçün kəsilən 150 kiloqram at əti aşkarlanıb - Kürdəmirdə

Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.

APA-nın Aran bürosunun verdiyi məlumata görə, rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus “Mercedes” markali avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.

Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər.

Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirir.

Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol