Moderator.az-erməni mətbuatına istinadən xəbər verir ki, martın 31-də saat 14:45-də erməni silahlı qüvvələrinin müddətdən artıq hərbçisi 1993-cü il təvəllüdlü Gevorq oğlu Gor Hovhannisyan döyüş postunda ağır güllə yarası alaraq ölüb.
Bu xəbərdən məyus olan Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun ölüm səbəbənin araşdırılacağını bildirib.


Şərhlər