Menu

Serbiyada prezident seçkiləri keçirilir

02.04.2017, 10:21
Serbiyada prezident seçkiləri keçirilir

Bu gün səhər saatlarından Serbiyada prezident postuna seçkilər üzrə səsverməyə start verilib.

"Report" xəbər verir ki, bu barədə Respublika Seçki Komissiyasına istinadən TASS məlumat yayıb.

Səsvermədə ümumilikdə 6,7 milyondan çox vətəndaş iştirak edə bilər.

Analitiklərin əksəriyyəti prezident yarışmasında ölkənin baş naziri Aleksandar Vuçiçi favorit hesab edirlər. "Ipsos" tədqiqat mərkəzinin apardığı sorğunun nəticələrinə görə, o, yerli əhalinin 54,3 faizi tərəfindən dəstəklənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol