Pakistanın Pəncab əyalətində məbəd keşikçisi 20 nəfəri öldürüb, 3 nəfəri yaralayıb.
AzərTac RİA Novosti agentliyini istinadla bildirir ki, hadisə Sarqodha şəhərində baş verib. Keşikçi əvvəlcə sakinləri telefonla məbədə çağıraraq onları bir otağa yığıb. Daha sonra onları çubuqla döyüb və xəncərlə qətlə yetirib.
Qatilin ruhi xəstə olduğu bildirilir.

Şərhlər