Menu

İsrail «Sehrli çubuq» raket tutan sistemin təqdimatını keçirib

03.04.2017, 14:18
İsrail «Sehrli çubuq» raket tutan sistemin təqdimatını keçirib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hatsor hərbi-hava qüvvələri bazasında (İsrail) orta mənzilli raketləri «tutan» sistemin təntənəli təqdimat mərasimi keçirilib. Bu sistem yaxın radiuslu raket əleyhinə müdafiə sistemini («Dəmir kümbəz») tamamlayacaq («NEWSru Israel).

Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, təqdimat mərasimində İsrailin Baş naziri Benyamin Netenyahu, müdafiə naziri Aviqdor Liberman, Baş qərargah rəisi Hadi Ayzenkot iştirak edib.

«Qəzza bölgəsində son əməliyyatlar zamanı İsrailin bütün vətəndaşları «Dəmir kümbəz» raket əleyhinə müdafiə sisteminin effektliliyinə inandı. «Sehrli çubuq» - orta təsir radiuslu sistem İsrailin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir» - deyə, Netenyahu bəyan edib və bildirib ki, İsrail həm də uzaq mənzilli ballistik raketləri vurmaq üçün «Hets» sistemini işləyib hazırlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol