Menu

Ermənistan müxalifətçisi: "Bu, pul seçkisi idi"

03.04.2017, 14:40
Ermənistan müxalifətçisi: "Bu, pul seçkisi idi"

“Bu seçki bütün keyfiyyətlərinə görə əvvəlki seçkilərdən heç fərqlənmədi”.

APA-nın “1in.am” saytına istinadən verdiyi məlumata görə, bunu ötən gün Ermənistanda keçirilən parlament seçkilərində “Azad Demokratlar” partiyasından olan namizəd Stepan Safaryan deyib. O pulun seçkidə əsas rol oynadığını bildirib: “Bu, pul seçkisi idi. Hər kəs bunun şahidi oldu”.

“Yelk” blokunun üzvü Aram Sarqsyan isə bildirib ki, seçkilər zamanı geniş şəkildə rüşvətin paylanması ilə rüsvayçı qanun pozuntularına yol verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol