Menu

"HAZIRDA ÖZÜNÜ YAXŞI HİSS EDİR..." - Abid Şərifovun həyat yoldaşı (Yeniləndi)

04.04.2017, 00:51

746c43ce44f99470f7924b2154ee272d

Ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılan və Hayfa şəhərinin Rambam xəstəxanasının kardiologiya şöbəsinə yerləşdirilən baş nazirin müavini Abid Şərifovla bağlı yeni məlumat var.

Baş nazirin müavininin həyat yoldaşı Sədayə Şərifova Gununsesi.info-ya açıqlamasında onun səhhətinin artıq qaydasına düşdüyünü bildirib.

Abid Şərifovun xanımı qeyd edib ki, əməliyyat uğurla həyata keçib: “Hal-hazırda özünü yaxşı hiss edir. Hətta ailə üzvləri ilə telefonla danışıb. Yaxın günlərdə Abid müəllim öz evinə dönəcək”.

***

“Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov hazırda iş başındadır”.

Bunu Publika.az-a açıqlamasında Abid Şərifovun xidməti telefonuna cavab verən köməkçisi bildirib.

O, adını söyləmək istəmədiyini və Abid Şərifovun səhhəti ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söyləyib:

“Hazırda Abid müəllim iş başındadır. Onun səhhəti ilə bağlı yayılan xəbərlər yalandır”.

Xatırladaq ki, İsrailin “newsru.co.il” saytı Baş nazirin müavini Abid Şərifovun səhhətində yaranmış problemlə əlaqədar İsraildə olduğunu yazıb.

Saytın məlumatına görə, Abid Şərifov ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılıb və Hayfa şəhərinin Rambam xəstəxanasına yerləşdirilərək, təcili müalicəyə cəlb olunub.

***

Ötən həftə Azərbaycan baş nazirinin müavini Abid Şərifov xüsusi reyslə İsrailə aparılıb. Lent.az İsrail mediasına istinadən xəbər verir ki, o, Hayfa şəhərində RAMBAM klinikasında təcili müalicəyə qəbul edilib.

A.Şərifov İsrailə ürəkdəki elektrik keçiriciliyinin ciddi pozuntuları diaqnozu ilə aparılıb və adı çəkilən klinikanın kardioloji şöbəsinə yerləşdirilib.

143498cf0faf75c7270dfc0a9bbbfa5c

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol