Menu

"Qanunsuz əməliyyatda iştirak etməmişəm" - Sabiq polis rəisi

03.04.2017, 15:57
"Qanunsuz əməliyyatda iştirak etməmişəm" - Sabiq polis rəisi

“Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”

Bakının Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov haqqında yayılan məlumata münasibət bildirib.

C.Hüseynov “Report”a açıqlamasında deyib ki, bölmənin əməkdaşı polis kapitanı Rüfət Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidməti yerini tərk edib: “Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”.

C.Hüseynov bildirib ki, bu əmələ görə Rüfət Qasımov işdən və daxili işlər orqanlarından çıxarılıb: “Tabeçiliyimdə olan əməkdaş bu cür əmələ yol verdiyinə görə mən də sərəncama götürüldüm. Həmin qanunsuz əməliyyatda mənim iştirakımla bağlı yayılan məlumatlar yanlışdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol