Menu

Partlayışda ölən qız Azərbaycan vətəndaşı deyil - Baş konsulluq (YENİLƏNİB)

04.04.2017, 11:41
Partlayışda ölən qız Azərbaycan vətəndaşı deyil - Baş konsulluq (YENİLƏNİB)

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.

Bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: "Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı".

* * *

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.

Bu barədə özəl olaraq Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: "Dilbarə Əliyevanın ölümü haqqında məlumatı səhər saatlarında aldıq. Hazırda xəstəxanaya gedirik".

Baş konsulun sözlərinə görə, partlayış zamanı xəsarət alan azərbaycanlının vəziyyəti isə stabildir: "O, hələ xəstəxanadadır".

* * *

Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən partlayış nəticəsində bir azərbaycanlının öldüyü barədə bildirilir.

APA-nın məlumatına görə, bu barədə "Life.ru" agentliyi sosial şəbəkə istifadəçilərinə istinadən xəbər yayıb.

Agentlik həmyerlimizin fotosunu da yerləşdirib.

Ölən şəxsin 21 yaşlı Dilbarə Əliyeva olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri yazır ki, o, ağır xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol