Menu

“Mən Poroşenkonu 1980-ci ildən bəri tanıyıram" - Saakaşvili

30.05.2014, 12:51
“Mən Poroşenkonu 1980-ci ildən bəri tanıyıram" - Saakaşvili

Saakaşvili Poroşenkonu Ukraynanın ən gözəl seçimi adlandırıb

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Pyotr Poroşenkonu "Ukraynanın ən gözəl seçimi" adlandırıb. AzPolitika.info-nun məlumatına görə, Saakaşvili bu barədə  “The Wall Street Journal”a danışıb.

Keçmiş prezident deyib ki, Poroşenkonu çoxdan tanıyır: “Mən Poroşenkonu 1980-ci ildən bəri tanıyıram. Biz bir yerdə Kiyev Universitetində beynəlxalq əlaqələri bitirmişik. O çox yaxşı tələbə idi və hələ tələbə ikən bizneslə məşğul olmağa başlamışdı”.

Saakaşvilinin sözlərinə görə, Poroşenko prezidentliyə tam hazırdır: “Ukrayna müstəqilliyindən sonra, o ilk Ukrayna prezidentidir ki, ingilis dilində sərbəst yazıb-danışa bilir”.

Daha sonra Saakaşvili əlavə edib ki, Poroşenko indi bütün ağlını və bacarığını işə salmalıdır. Çünki indi o, Ukrayna iqtisadiyyatı ilə ciddi məşğul olmaqla yanaşı, ölkədə mütləq gərəkli olan "ağrılı və zəruri" islahatlar aparmalıdır.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol