“Hər bir dövlət öz imkanları daxilində müvafiq əməliyyatlar həyata keçirmək hüququna malikdir və mən bunda böyük bir siyasət görmürəm”.
Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Bu haqda AzPolitika.info Ermənistanın “Tert.am” saytına istinadən xəbər verir.
Müdafiə naziri Ermənistan-Rusiya münasibətlərinin səviyyəsindən öyünərək danışmağı unutmayıb: “Ermənistanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlıq daha sıx və daha dostluq münasibətlərinə əsaslanır. Ermənistan-Rusiya münasibətləri ən yüksək səviyyədədir. Çünki biz strateji tərəfdaşıq. Ona görə də, Rusiyanın bəzi ölkələrlə biznes əməliyyatları bizi heç maraqlandırmır. Deməli bu gün həmin dövlətlər Ermənistanı regionda özlərinə rəqib görürlər və bu çox yaxşı haldır. Bu üzdən də Rusiyanın Azərbaycana hərbi texnika satışı bizim üçün heç də narahatçılıq yaratmır”.


Şərhlər