Menu

Bakının mərkəzi küçələrində bu gecə təmir işləri aparılacaq

04.04.2017, 19:33
Bakının mərkəzi küçələrində bu gecə təmir işləri aparılacaq

Bakıda bu gecə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam edəcək.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, analoji işlər bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində aparılacaq: "Rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol