"İsrail Suriyadakı terror təşkilatlarını dəstəkləyir".
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Suriyanın Rusiyadakı səfiri Riyad Xaddad söyləyib.
“İsrail bizim ərazimizdəki terror təşkilatlarını dəstəkləyir. Tel-Əviv ölkədəki terror qruplaşmalarının zəiflədiyini görən kimi dərhal onlara dəstək üçün Suriyaya müdaxilə edir. Biz İsraildən olan bütün hücumlara cavab verəcəyik”, – o bildirib.


Şərhlər