Menu

Azərbaycanda zəlzələ baş verib

05.04.2017, 06:57
Azərbaycanda zəlzələ baş verib

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, zəlzələ yerli vaxtla 03:16-da qeydə alınıb.

Yeraltı təkanlar bölgənin Lənkəran və Masallı rayonlarında daha çox hiss olunub.

Zəlzələ Lənkəranın Separadi, Cil, Vilvan və Zövlə, Masallının Boradigah, Böyük Xocəvər, Qızılavar və Bədəlan kəndləri ərazisində, təxminən 3-4 bal gücündə hiss olunub.

Adıçəkilən ərazilərdə dağıntının olmadığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol