Bankların müştərilərə verdiyi kreditlərin məbləği azalmaqda davam edir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, fevralda bankların kredit portfeli 812 milyon manat azalaraq 16 milyard 207 milyon manatdan 15 mlyard 396 milyon manata düşüb.
Xalis kreditlər isə 14 milyard 419 milyon manatdan 13 milyard 684 milyon manata geriləyib (Azlama 735 milyon manat).
Kreditlərin verilməsindən əldə edilən faiz gəlirləri bankların cəmi gəlirlərinin böyük hissəsini formalaşdırır.


Şərhlər