Menu

Tillerson aprelin 12-də Rusiyaya gələcək

06.04.2017, 01:02

tillerson«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson aprelin 12-də Rusiyaya rəsmi səfər etmək və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək niyyətindədir.

Bu səfər çərçivəsində o, Rusiya XİN-nin başçısı ilə Ukrayna və Suriyadakı mövcud vəziyyəti və eyni zamanda, beynəlxaq terrorçuluqla mübarizə məsələlərini müzakirə etməyi planlayır.

«Aprelin 12-də dövlət katibi Moskvaya gedəcək və orada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və Rusiyanın digər vəzifəli şəxsləri ilə Ukraynanı, beynəlxalq terrorçuluğu, ikitərəfli münasibətləri və digər məsələləri, o cümlədən, KXDR və Suriya məsələsini müzakirə edəcək » - deyə, Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri əvəzi Mark Toner xəbər verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol