«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu ölkədə metropolitenin kənar müdaxilələrdən müdafiəsi üçün çevik qrup yaradılacaq. Baş nazir Dmitri Medvedyev bu məqsədlə müvafiq qərar imzalayıb. Qərarın mətni hökumətin saytında dərc olunub.
Mobil potrullar xüsusi olaraq təchiz ediləcəklər. Qeyd olunur ki, onlar sutka ərzində davamlı xidmət göstərəcəklər. Patrulların başlıca vəzifəsi - metronun işində «qeyri-qanuni müdaxilə» faktlarına reaksiya verməkdən ibarət olacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev hökumətin xüsusi qərarını imzalayıb. Qərarla, metropolitendə yeni nəqliyyat təhlükəsizliyi qaydaları müəyyən olunur.


Şərhlər