«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası hərbi-dəniz donanmasının (RF HDD) və Türkiyə hərbi-dəniz qüvvələrinin (HDQ) gəmiləri Qara dənizdə birgə təlimlər keçirib. Bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyi (MN) yayıb.
«Təlim çərçivəsində iki ölkənin gəmiləri çəkilişlər aparıb və birgə manevrlər edib, rabitə yaradıb və kiçik ölçülü sürət hədəfinin hücumlarını dəf edib, suda üzən insanın axtarılması və xilas edilməsi işləri ilə məşğul olublar» - deyə, Qara dəniz donanmasının (QDD) informasiya təminatı şöbəsinin rəisi Vyaçeslav Truxaçov jurnalistlərə danışıb.
Truxaçov bildirib ki, QDD-dan təlimlərə «Admiral Qriqoroviç» freqatı, «Vitse-admiral Zaxarin» dəniz tralı və «Raptor» tipli patrul kateri, Türkiyə tərəfdən isə «Barbaros» freqatı və «Böyükada» korveti qatılıb.


Şərhlər