«AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, Saratov vilayətinin Balakovo şəhərində tükürpədici olay qeydə alınıb. Ana, ölmüş oğlunun cəsədini 10 gün «buz qutusu»nda saxlayıb! Bu barədə Rusiya Federasiyası istintaq komitəsinin bölgə idarəsindən xəbər veriblər.
İlkin məlumata görə, 7 yaşlı oğlan ailənin yaşadığı mənzildə martın 26-da keçinib. Xəbərdə qeyd olunur ki, uşaq «anadangəlmə xəstəlik»dən əziyyət çəkirmiş. Ana oğlunun ölüm tarixini dəqiq xatırlamır - onun sözlərinə görə, hadisə martın 27-də də baş verə bilərmiş. Polisə isə o, yalnız aprelin 4-də müraciət edib.
«Qadının sözlərinə görə, uşaq öləndən sonra ana özünü itirib - dəfn üçün pulu olmayıb və uşağın cəsədini «buz qutusu»na yerləşdirərək, dondumaq qərarına gəlib» - deyə, şəhər istintaq şöbəsinin rəisi Roman Georgitsa jurnalistlərə danışıb.
Oğlunun ölümündən sonra işdən çıxan ana iş yerindən məvacibini alandan sonra oğlunun dəfnini təşkil etməyi planlaşdırıb. O, mağazada satıcı işləyirmiş. Yeddi yaşlı oğlan uşağının ölümündən sonra ailədə 2 hədd-buluğa çatmamış qız uşağı qalıb. Ailənin əsas gəliri atanın ödədiyi alimentdir.
İndi istintaq oğlanın ölüm səbəblərini araşdırır. Onun bədənində gözlə görünən zədələr aşkar olunmayıb.


Şərhlər