AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya öz istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib.
Raketin maksimal uçuş məsafəsi 800 kilometr təşkil edir. Yerli hərbçilər qeyd edirlər ki, raket Koreya Xalq Demokratik Respublikasının (KXDR) ərazisini əhatə edir.
Məlumdur ki, bu ərəfədə KXDR növbəti dəfə, ehtimalla, özünün istehsalı olan orta mənzilli ballistik raketini sınaqdan keçirib.
Göründüyü kim, bölünmüş Koreyalar arasında «hərbi yarış» getdikcə sürət alır…


Şərhlər