Menu

Tanınmış müğənninin qohumunu avtomobil vurub

07.04.2017, 00:24

baloglan_asrafov_260915Masallı rayonunun Bədalan kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 2004-cü il təvəllüdlü, Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub.

Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən müğənni Baloğlan Əşrəfovun bibisi nəvəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol