Menu

18 yaşlı qız intihara cəhd edib

07.04.2017, 09:27
18 yaşlı qız intihara cəhd edib

Bakının Binəqədi rayonunda 18 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.

"Report"un xəbərinə görə, Biləcəri qəsəbəsi 10-cu mədən ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tək yaşayan 1999-cu il təvəllüdlü N.Səbinə sirkə turşusu içərək intihara cəhd edib.

Zərərçəkmiş ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İntihara cəhdin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol